Bazar, 19 May

Türkiyədən NATO-ya çağırış: "Konkret addımlar atılmalıdır"

image

Türkiyə İsveç və Finlandiyadan NATO-ya üzv olmaq üçün konkret addımlar gözləyir.

Xəbər verilir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

"NATO təhlükəsizlik təşkilatıdır. Bu, azad seçim deyil, yeni üzv olanların prinsiplərə riayət etməsi zərurətidir. Onlar bizim təhlükəsizlik problemlərimizi həll etmək üçün konkret addımlar atmalıdırlar", - Kalın qeyd edib.

Prezidentin sözçüsü əlavə edib ki, Türkiyə İsveç və Finlandiya ilə onların NATO-ya mümkün daxil olması üçün dialoqun davam etdirilməsi imkanını nəzərdən keçirir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41